Ordu.az xəbər verir ki, layihənin ümumi dəyərinin 16,5 milyard dollar olduğu bildirilib.
Məlumata görə, layihə xərclərinin bir hissəsi Moskvanın ayırdığı iri ixrac krediti hesabına maliyyələşdiriləcək. Təxminən 2 milyard dolların təhlükəsizlik və infrastruktur işlərinə sərf ediləcəyi qeyd olunub.
Qazaxıstanın Atom Enerjisi Agentliyinin məlumatına əsasən, Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” stansiyanın tikintisində əsas rol əldə edib. Şirkət bu layihədə Çin Milli Nüvə Korporasiyası (CNNC), Fransanın EDF şirkəti və “Korea Hydro & Nuclear Energy” şirkətini geridə qoyub.
Tikintinin 2027-ci ildə başlanacağı, ilk reaktorun isə 2034-cü ilin əvvəlində istismara veriləcəyi açıqlanıb.
Qazaxıstan dünyanın ən böyük uran istehsalçısı hesab olunur. 2024-cü ildə keçirilən referendum nəticəsində atom elektrik stansiyasının tikintisi dəstəklənib və tikinti məkanı kimi ölkənin cənub-şərqində, Balxaş gölünün sahilində yerləşən Ülken kəndi seçilib.
Bildirilib ki, təbii qaz ehtiyatlarının çox olmasına baxmayaraq, Qazaxıstan elektrik enerjisi ehtiyacının böyük hissəsini kömürlə işləyən elektrik stansiyaları hesabına qarşılayır. Mövcud enerji sisteminin daxili tələbatı tam ödəyə bilməməsi səbəbindən ölkə əsasən Rusiyadan elektrik enerjisi idxal edir.
Sevinc Əliyeva
Ordu.az