Ordu.az xəbər verir ki, senator bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Onlar daimi panika içindədirlər və səhvin ardınca yeni səhvlər edirlər”, - deyə Mörfi qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərin İran və Oman arasında Hörmüz boğazında gəmi hərəkətinə birgə nəzarətlə bağlı mümkün razılaşma barədə sualını cavablandırarkən Oman haqqında ayrıca danışıb.
Tramp Oman və İran arasında Hörmüz boğazına nəzarətin bölüşdürülməsini nəzərdə tutan razılaşmanı qəbul edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:
“Oman da digərləri kimi davranacaq. Əks halda biz onları partlatmalı olacağıq. Onlar bunu çox yaxşı başa düşürlər. Buna görə də onlarla hər şey qaydasında olacaq”.
Sevinc Əliyeva
Ordu.az