Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

2026/05/Ekran-1779913301.jpg
Oxunub: 376     23:48     27 May 2026    
Gürcüstanın paytaxtı Tbilisinin rəmzi olan abidələrdən biri - Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə Tbilisidə Azərbaycan bayrağının rənglərinə bürünmüş işıq şousu təşkil olunub.

Şəhərin memarlıq simvollarından biri olan Sülh körpüsü Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.

Aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə simvolik abidələrin işıqlandırılması artıq bir neçə ildir ənənəyə çevrilib və yerli ictimaiyyət tərəfindən müsbət qarşılanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin