Gürcüstan və ABŞ rəsmiləri "Orta Dəhliz" və regional nəqliyyat əlaqələrini müzakirə ediblər

2026/05/1779902945.jpg
Oxunub: 329     21:08     27 May 2026    
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət Departamentinin nümayəndələri Çarlz Yoki və Piter Andreoli ilə görüşüb.

Ordu.az Gürcüstan Xarici İşlər Nazirliyinə istinadə xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Danışıqlarda əsas diqqət "Orta Dəhliz" layihəsinə və Gürcüstanın regionda nəqliyyat və birləşdirici mərkəz kimi roluna yönəlib. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda ABŞ rəsmiləri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi xüsusi qeyd ediblər.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işi davam etdirmək niyyətlərini ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   ABŞ   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin