Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi “24News”a məlumat verib.
Bildirilib ki, məktub Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə ünvanlanıb.
Ermənistan mediasında yayılan məlumatlara görə, məktubda Rusiya tərəfi Ermənistan Avropa İttifaqına üzvlük prosesini davam etdirəcəyi halda qaz, neft məhsulları və emal olunmamış almazların tədarükü ilə bağlı sazişin birtərəfli qaydada dayandırılması və ya ləğv edilməsi ilə hədələyib.
“Saat 15:00-a olan məlumata əsasən, Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə ünvanlanan məktub alınıb, aidiyyəti üzrə təqdim olunub, araşdırılacaq və erməni tərəfi zərurət olduqda cavab verəcək”, - deyə Ermənistan XİN-dən bildirilib.
Alpər Mövludoğlu
Ordu.az