Kreml: Ermənistanın Aİ-yə yönəlməsi Avrasiya inteqrasiyasına mane olsa, referendum lazım gələcək

2026/05/1779900909.jpg
Oxunub: 354     20:50     27 May 2026    
“Əgər Ermənistanın Avropa İttifaqına üzvlük istəyi Avrasiya inteqrasiyasına mane olmağa başlasa, xalqın qərarı tələb olunacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Ermənistan hazırda əksinə, Avrasiya İqtisadi Birliyində qalmaq niyyətini bəyan edir.

“Ölkə hələlik əksinə, birliyin tərkibində qalacağını bildirir. Amma başqa formatlara yönəlmə bu birlikdə iştiraka mane olmağa başlayarsa, o zaman xalqın qərarı tələb olunacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, “xalq ağıllıdır” və vəziyyəti özü görəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Rusiya  


Bizi "telegram"da izləyin