Peskov: “Erməni istehsalçılarını Avropa bazarında gözləmirlər, onları dərhal boğacaqlar”

2026/05/1779900869.jpg
Oxunub: 348     20:47     27 May 2026    
“Erməni məhsul istehsalçılarını Avropa bazarlarında heç kim gözləmir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Avropa İttifaqına üzvlük planlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın yüksək inkişaf tempi Avrasiya İqtisadi Birliyi sayəsində təmin olunur və İrəvan Birliyə üzv ölkələr vasitəsilə öz məhsulları üçün satış bazarına malikdir.

“Ermənistanın kənd təsərrüfatı məhsullarını Avropa bazarında gözləyirlərmi? Cavab birmənalıdır, xeyr. Ermənistanın mineral sularını və digər məhsullarını gözləyirlərmi? Xeyr. Orada Evian onları dərhal boğacaq.

Belçikalı almaz emalçıları Ermənistandan qiymətli daşlar gözləyirlərmi? Gözləmirlər. Onların Ermənistandan gələn istehsalçını sıxışdırmaq üçün böyük lobbi imkanları var və onlar məhz bunu edəcəklər. Bu bazardır və çox amansızdır”, - deyə Peskov “Vesti”yə bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin