İrakli Kobaxidze: "Gürcüstan xalqına və hökumətinə qarşı yeni hücum dalğası başlayıb"

2026/04/17754-1775472337.jpg
Oxunub: 325     19:38     27 May 2026    
Gürcüstan xalqına və hökumətinə qarşı yeni hücum dalğası başlayıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, bəzi qurumlar prosesdə birbaşa iştirak edir. "Gürcüstan xalqına, ölkəmizə və hökumətimizə qarşı yeni kiçik hücum dalğası başlayıb. Xəyanət formulu olan Giorgi Kandelaki də daxil olmaqla, qurumlar bu işdə birbaşa iştirak edirlər", - İ.Kobaxidze deyib.

Hökumət başçısı əlavə edib ki, həmin şəxslərin həm keçmiş fəaliyyəti, həm də hazırkı addımları məlumdur.

"Biz onların keçmiş fəaliyyətlərini və bu gün nə etdiklərini bilirik. Bu faktlarla bağlı hüquqi tədbirlərin görülməsi məsələsi müvafiq dövlət qurumlarının səlahiyyətindədir", - Baş nazir əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin