Əhməd əş-Şaranın ABŞ-dan iki xahişi olub

2025/01/1736090998.jpg
Oxunub: 924     19:17     05 Yanvar 2025    
Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ABŞ-dan iki məsələdə dəstək istəyib.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrailin “Kann” telekanalı məlumat yayıb.

Əhməd əş-Şaranın ABŞ-dan ilk xahişi İsrailin qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri isə “Kan”-a ABŞ-dan bununla bağlı hər hansı müraciət daxil olmadığını bildiriblər.

Əhməd əş-Şaranın ikinci xahişi ABŞ-ın Suriyaya humanitar yardım göndərməsi ilə bağlı olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ABŞ  


Bizi "telegram"da izləyin