Fransanın baş naziri postuna yeni namizədi Ukraynaya qoşun yeritməyəcəyinə söz verib

2024/06/667de-1719551535.jpg
Oxunub: 150     03:04     28 İyun 2024    
Fransanın sağçı Milli Birlik partiyasının rəhbəri, növbədənkənar parlament seçkiləri öncəsi reytinqlərdə lider olan Cordan Bardella baş nazir təyin olunacağı təqdirdə Ukraynaya qoşun yeritməyəcəyinə söz verib.

Ordu.az xəbər verir ki, bu barədə o, “France 2” telekanalında iştirak etdiyi debatda bildirib.

"Sabah baş nazir postunu tutsam, fransız əsgərləri Ukrayna ərazisinə göndərilməyəcək" deyən Bardella, qoşunların göndərilməsinin Fransanı münaqişənin tərəfinə çevirəcəyini müdafiə edib.

Milli Birlik sədrinin sözlərinə görə, bir çox Avropa dövləti öz əsgərlərinin Ukraynaya göndərilməsini istəmir.

O, həmçinin nüvə dövləti olan Rusiya Federasiyası ilə münasibətlərin gərginləşməsinin qarşısını almaq niyyətində olduğunu vurğulayıb.

“Məhz buna görə də mən Kiyevə, Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna biləcək uzunmənzilli raketlərin göndərilməsinin əleyhinəyəm”, - deyə Bardella bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin