Bəhreyn İsrail-Livan sərhədində gərginliyi azaltmağa çağırır

2024/06/66816-1719757752.jpg
Oxunub: 261     17:45     30 İyun 2024    
Bəhreyn Ərəb Liqasının sədri olaraq İsrail-Livan sərhədində gərginliyin azaldılmasını və yəhudi dövləti ilə şiə Hizbullah hərəkatı arasında hərbi əməliyyatların dayandırılmasını istəyib.

Ordu.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Krallıq münaqişə tərəfləri arasında atəşkəsə və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin həyata keçirilməsi üçün birgə işə çağırır” - XİN-in saytında dərc olunan məlumatda deyilir. Eyni zamanda çağırışda dinc əhalinin həyatını qoruyacaq və regionun təhlükəsizliyini təmin edəcək danışıqlar yolu ilə sülh yolunun həllini axtarışı da vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   İsrail   Livan  


Bizi "telegram"da izləyin