Britaniya Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə insident barədə məlumat verib

2024/02/70302-1708458634.jpg
Oxunub: 264     19:15     30 İyun 2024    
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Yəmənin Moha liman şəhəri istiqamətində Qırmızı dənizdə insident qeydə alıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat X-də (keçmiş Twitter) yerləşdirilib.

Lakin təfərrüatlar verilməyib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra Yəmənin Ənsar Allah üsyançı hərəkatı İsrail ərazisinə zərbələr endirəcəyini açıqlayıb. Eyni zamanda bildiriblər ki, Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb boğazı sularından keçməsinə icazə verməyəcək.

Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində mülki gəmilərə hücum edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin