Qəzzada 37,9 min insan həlak olub

2023/10/1696831864.jpg
Oxunub: 300     14:54     30 İyun 2024    
İsrail hərbçilərinin 2023-cü ilin oktyabr ayından bu anklavda hərbi əməliyyatlara başladığı vaxtdan Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində təxminən 37,9 min insan həlak olub, 87 minə yaxın insan isə yaralanıb.

Ordu.az xəbər verir ki, Fələstin sektorunun Səhiyyə Nazirliyi bu məlumatları rəsmi Telegram kanalında verib.

"İsrailin Qəzza zolağına keçirdiyi əməliyyatların qurbanlarının sayı bu gün 37 877 nəfərə çatıb", - departament bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin oktyabrından indiyədək anklavda 86 969 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 43 fələstinli ölüb, 111 nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin