Paata Patiaşvili: "Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir"

2024/06/Ekran-1719414297.jpg
Oxunub: 264     18:19     26 İyun 2024    
Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir. Çünki bizim dərin dostluq və strateji əməkdaşlığımız var.

Ordu.az xəbər verir ki, bu fikirləri Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili bildirib.

Nazir müavini bu əməkdaşlığın xüsusilə hərbi sahədə çox yüksək səviyyədə olduğunu deyib:

"Həm Azərbaycanla ikitərəfli, həm də Türkiyə ilə üçtərəfli formatda səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığımız tək bizim ölkələrimiz üçün deyil, ümumilikdə regionda sülh və sabitliyin bərqərar olunmasında mühüm əhəmiyyət kəsb edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin