ABŞ-nin Ermənistandakı keçmiş səfiri: “KTMT-dən çıxmaq və Moskvanı tərk etmək çox müsbət haldır”

2024/06/1719384437.jpg
Oxunub: 262     17:46     26 İyun 2024    
“Mənim və ABŞ-nin Ermənistandakı bütün səfirlərinin vəzifəsi belə olub ki, Ermənistan öz siyasi istiqamətini Qərbə çevirsin”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı keçmiş səfiri Con Hefern deyib.

Onun sözlərinə görə, o zaman onların ağlına belə gəlməzdi ki, Ermənistan Rusiyanı tərk edə, KTMT-dən çıxmaq niyyətini açıqlaya, diqqətini Vaşinqton və Brüsselə çevirə bilər.

“Paşinyanın Moskvanı tərk etmək və KTMT-dən çıxmaqla bağlı o çətin qərarı verməsi böyük müsbət hadisədir. Aydındır ki, Ermənistanın çox təhlükəli qonşuları var, dırnaqarası təhlükəsizlik zəmanətçisinin olmaması son iki müharibədə Ermənistana kömək etməyib və mən bunu başa düşürəm”, - deyə Hefern qeyd edib.

Hefern vurğulayıb ki, ABŞ və Aİ Ermənistanın seçdiyi bu yolda irəliləyişini davam etdirmək üçün hər şeyi etməlidir.

“KTMT-dən çıxmaq və Moskvanı tərk etmək çox müsbət haldır. Biz isə Qərb olaraq buna reaksiya verməkdə davam etməli, erməni xalqına kursu Qərbə çevirməyin düzgün olduğunu göstərməliyik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin