Braziliya ikinci əl F-16 döyüş təyyarələri ilə maraqlanır

2024/06/2024--1718865931.jpg
Oxunub: 218     16:15     26 İyun 2024    
Braziliyalı bir zabit “Janes”ə verdiyi müsahibədə ikinci əl F-16 döyüş təyyarələri ilə maraqlandıqlarını bildirib.

Ordu.az xəbər verir ki, braziliyalı zabit Braziliyanın F-16-ların alınması üçün ABŞ hökuməti ilə danışıqlar apardığını deyib.

Satınalmaya 24 ədəd ikinci əl F-16 döyüş təyyarəsinin daxil edilməsi planlaşdırılır.

İki tərəf arasında aparılan danışıqların bu ilin sonuna kimi müsbət yekunlaşması nəzərdə tutulub.

Zabit Braziliya Hərbi Hava Qüvvələrinin (HHQ) “Saab Gripen E/F”in ikinci partiyasını almağı planlaşdırdığını, lakin bu satınalma üçün kifayət qədər büdcənin ayrıla bilməyəcəyini qeyd edib.

Büdcənin yetərli olmaması ilə Braziliya HHQ-nin alternativ plan olaraq ABŞ-dən ikinci əl F-16 döyüş təyyarələrinin alınması üçün danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, Braziliya HHQ-nin inventarında F-5EM “Tiger II”lərin olmasına baxmayaraq, bu təyyarələrdən kifayət qədər aktiv istifadə etmək mümkün deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   F-16  


Bizi "telegram"da izləyin