Hindistan İsrailə raket ixrac edir

2024/06/2024--1719569683.jpg
Oxunub: 275     15:29     29 İyun 2024    
“Al Jazeera”nin gördüyü sənədlər və şirkət açıqlamaları İsrailin Qəzzada müharibə apararkən, Hindistandan raketlər aldığını göstərir.

Ordu.az xəbər verir ki, “Borkum” yük gəmisi mayın 15-də səhər tezdən İspaniya sahillərində dayanıb və Kartaxenadan bir qədər aralıda lövbər salıb.

Limanda etirazçılar Fələstin bayraqları dalğalandıraraq, səlahiyyətliləri İsrailə göndərilən silahları daşımaqda şübhəli bilinən gəmini yoxlamağa çağırıblar.

Avropa Parlamentinin solçu üzvləri İspaniya prezidenti Pedro Sançesə məktub göndərərək, gəminin limana yan almasının qarşısının alınmasını tələb ediblər.

İspaniya hökuməti mövqe tutmazdan əvvəl, “Borkum” yük gəmisi planlaşdırılan dayanacağını ləğv edib və Sloveniyanın Koper limanına doğru istiqamətlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İsrail  


Bizi "telegram"da izləyin