İsveçrə prezidenti Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu bildirib

2024/06/666de-1718479274.jpg
Oxunub: 395     00:05     16 İyun 2024    
Bu gün Qlobal Sülh Sammitinin iclasının açılış çıxışını edən İsveçrə prezidenti Viola Amherd Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu deyib.

Ordu.az “Unian“a istinadən xəbər verir ki, Amherd məsələnin uzunmüddətli həllinin hər iki tərəfi əhatə etməli olduğunu deyib.

“Beynəlxalq birlik olaraq, biz bu yola rəhbərlik etməyə kömək edə bilərik. İşçi qruplarımız da nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və müharibənin insan ölçüsünü müzakirə edəcək” - deyə Amherd bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müavini Sülh Sammitinin formatının Rusiya Federasiyası ilə birbaşa danışıqları nəzərdə tutmadığını açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Rusiya  


Bizi "telegram"da izləyin