Ordu.az xəbər verir ki, bu barədə o, Yeddilik Qrupu (G7) sammitinin sonunda mətbuat konfransında bildirib.
"Yaxın həftələrdə səfər hazırlığı üzərində işləyirik, hələ dəqiq tarixlərin olmamasına baxmayaraq, bunu daha sürətli etmək istərdim", - o deyib.
Xatırladaq ki, Meloniyə Pekinə səfər etmək üçün dəvət hələ 2023-cü ilin sonunda ÇXR Sədri Si Cinpindən gəlib. Hazırkı hökumətin Pekinlə münasibətlərin bir çox aspektlərinə şübhə ilə yanaşmasına baxmayaraq, Roma strateji tərəfdaşlığı artırmaq niyyətini bəyan edir.
KİV-in məlumatına görə, Meloninin ÇXR-ə səfəri iyul ayına planlaşdırılır.
Ordu.az