Fahrettin Altun: “Bir millət, iki dövlət” şüarı ilə birlik və həmrəyliyimiz əbədi davam edəcək”

2022/04/36007-1649511658.jpg
Oxunub: 411     21:01     15 İyun 2024    
Can Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olan 15 iyun Milli Qurtuluş Gününü qeyd edir. Müstəqillik yolunda şəhid olan bütün qəhrəmanlarımızı rəhmətlə yad edirəm.

Ordu.az xəbər verir ki, bunları Türkiyə Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun “X”dəki hesabında yazıb.

“Qardaş və dost ölkə Azərbaycanla acımız, kədərimiz, sevincimiz birdir. “Bir millət, iki dövlət” şüarı ilə birlik və həmrəyliyimiz əbədi davam edəcək”, - Fahrettin Altun qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fahrettin-Altun   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin