Ordu.az xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat Osmonaliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” adlı ikinci panel sessiyada səsləndirib.
Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbrik edən qonaq deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəsinin dövlətçilik tarixində müstəsna xidmətləri var. Xalqın gücü müdrik liderin rəhbərliyi altında onun birliyindədir. TDT-nin də gücü onu təşkil edən dövlətlərin birliyindədir”.
Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Düşünürəm ki, tədbir iyulun 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun müqəddiməsidir”.
Ordu.az