Ermənistanda vətəndaşları şirnikləndirib etiraz aksiyasına çağıranlara cinayət işi açılıb

2024/06/1718260820.jpg
Oxunub: 360     14:51     15 İyun 2024    
Ermənistanda vətəndaşları "Vətən naminə Tavuş" hərəkatının etirazlarında iştiraka təşviq edən iki nəfərə qarşı cinayət işi açılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, cinayət işi sosial şəbəkələrdə paylaşılan stenoqram əsasında açılıb.

Sözügedən ittihamlarla bağlı ümumilikdə 11 nəfər saxlanılıb.

Xatırladaq ki, bu yaxınlarda Ermənistan KİV Qalstanyanın tərəfdarlarının telefon danışığının stenoqramını yayıb.

Stenoqrama əsasən, keşiş Baqrat Srbzanın (Qalstanyanın) etiraz aksiyasında iştirak edənlərə 5 min dram (təqribən 20 manat) pul verdiyi məlum olub.

Məlumata görə, telefon danışığının əvvəlində Qalstanyanın tərəfdarları söhbətin nədən getdiyinin anlaşılmaması üçün şifrəli danışaraq dram əvəzinə "düyü" sözündən istifadə ediblər. Belə ki, onlar 1000 dramı "1 bağlama düyü" ifadəsi ilə əvəz ediblər. Lakin söhbətin ortasında onlar görünür, şifrəli danışmaqdan yorularaq etirazlarda iştirak üçün pul təklif olunduğundan açıq şəkildə danışır, sonda isə nəyisə xatırlayaraq yenidən dram əvəzinə "düyü" sözündən istifadə edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz-aksiyası  


Bizi "telegram"da izləyin