Ermənistanda hərbçinin ölümü ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb

2023/07/1690433793.jpg
Oxunub: 378     14:48     15 İyun 2024    
Ermənistanın İstintaq Komitəsi hərbçi Armen Qasparyanın ölümü ilə bağlı cinayət işi açılıb.

Ordu.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə əsasən, cinayət işi qəsdən adamöldürmə maddəsi üzrə aparılır.

Məlumata görə, bir sıra ekspertizalar təyin edilib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi bəlli olmayan şəraitdə güllə yarasından həlak olan Armen Qasparyanın mayın 14 səhər 08:20-də meyitinin tapılması barədə məlumat yaymışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-qulluqçu  


Bizi "telegram"da izləyin