İran sərhədçiləri ilə silahlı qruplaşmalar arasında toqquşma olub

2024/06/aa59b-1718445839.jpg
Oxunub: 389     13:46     15 İyun 2024    
İranın Sistan və Bəlucistan əyalətində sərhəd polisi ilə silahlı qruplaşmalar arasında insident olub.

Ordu.az “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İranın Sərhəd Mühafizə Xidmətinin komandanı general Əhməd Əli Güdərzi bildirib.

Onun sözlərinə görə, silahlı qruplaşmalar təxribat aktları hazırlamaq məqsədilə cənub-şərq sərhədlərindən gizli şəkildə ölkəyə daxil olmaq istəyib: "Əməliyyat tədbirləri nəticəsində xeyli partlayıcı maddə ələ keçirilib. Silahlı qruplaşmalar İran sərhədçilərinin müqavimətindən sonra ölkə ərazisini tərk edib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Toqquşma  


Bizi "telegram"da izləyin