ÜST oktyabrın 7-dən İordan çayının qərb sahilində həlak olan fələstinlilərin sayını açıqlayıb

2024/06/665c0-1717307410.jpg
Oxunub: 342     13:15     15 İyun 2024    
2023-cü il oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində 500-dən çox fələstinli həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "X" səhifəsində paylaşılıb.

Məlumata görə, 7 oktyabr 2023-cü ildən 10 iyun 2024-cü ilədək İordan çayının qərb sahilində, o cümlədən, Şərqi Qüdsdə 126-sı uşaq olmaqla 521 fələstinli həlak olub.

Həmçinin, qeyd edilib ki, 5,2 mindən çox insan, o cümlədən, 800 uşaq yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÜST   İordan-çayı  


Bizi "telegram"da izləyin