"Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk" - TBMM-nin üzvü

2021/04/tbmm--1619374828.jpg
Oxunub: 304     11:17     15 İyun 2024    
Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlərimizə işıq tutan bir sənəd deyil, eyni zamanda, bölgədə təhlükəsizliyi və daimi sülhü təmin edir.

Ordu.az xəbər verir ki, bunu Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala deyib.

“Türkiyə-Azərbaycan birliyi bir təhdid deyil, ortaq coğrafiyamız üçün güclü bir təminat qaynağıdır. İşbirliyi çərçivəsində bölgənin sabitliyi üçün gündəmi daim yaxından izləyirik. Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə güclü dəstəyimizi davam etdiririk”, - deyə Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TBMM   Azərbaycan  


Bizi "telegram"da izləyin