İsveçrədə iki günlük Qlobal Sülh Sammiti başlayır

2024/06/666d3-1718435732.jpg
Oxunub: 371     11:11     15 İyun 2024    
Bu gün İsveçrədə 92 ölkə və 8 beynəlxalq təşkilatın iştirakı ilə Qlobal Sülh Sammiti öz işinə başlayacaq.

Ordu.az-ın xəbərinə görə, müzakirələrin gündəliyinə ərzaq və nüvə təhlükəsizliyi, eləcə də ukraynalı uşaqların geri qaytarılması kimi məsələlər salınıb.

Toplantının gedişində tərəflərin Rusiya ilə danışıqlara dair ortaq mövqe formalaşdıracağı gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya və Çin iki günlük sammitin işində iştirakdan imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Qlobal-Sülh-Sammiti  


Bizi "telegram"da izləyin