“Bəlkə də 200-300 min azərbaycanlı gəlib, günü-gündən kiçilən Ermənistan ərazisində yaşayacaq” - Oskanyan

2024/05/0zf8I-1715413711.jpg
Oxunub: 7316     11:46     10 İyun 2024    
“Bu hakimiyyətin dövründə biz Qarabağı itirdik, bu gün Qarabağ yoxdur, bu səlahiyyətlilər Qarabağı nimçədə Azərbaycana verdilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” sosial şəbəkəsindəki videomüraciətində deyib.

O iddia edib ki, belə bir vəziyyətin yaranacağını hətta Azərbaycan belə təsəvvür edə bilməzdi.

“Bu hakimiyyət bunu bacardı, Qarabağı rəqibə verdi. Bu gün Azərbaycan “Ermənistanın ərazisi”ni nəzarət altına alıb və buna qarşı heç bir iş görülmür. Bu hakimiyyətin yanlış siyasəti nəticəsində 4 min insan öldü, gənc öldü, 10 min gənc əlil oldu. Bu da hamısı deyil, Günəndən başladı, ərazilər verməyə davam edəcəyik, bəlkə də dəhlizi də verəcəklər, bəlkə də 200-300 min azərbaycanlı gəlib, günü-gündən kiçilən Ermənistan ərazisində yaşayacaq, bunun yaxın gələcəkdə gerçəkləşəcəyini görsəniz, təəccüblənməyin”, - deyə Oskanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin