Dünyada ilk və tək: Türkiyə istehsalı zərbə PUA-ları üçün kritik qabiliyyət

2024/06/akinc-6871991876.jpg
Oxunub: 2450     18:41     10 İyun 2024    
Türkiyə müdafiə sənayesinin sevimli məhsul qruplarından biri olan Pilotsuz Uçuş Aparatlarının (PUA) sursatları ilə bağlı inkişaflar davam edir.

Bu yaxınlarda həyata keçirilən iki ayrı sınaq həm daha uzun mənzil, həm daha yüksək sürət, həm də dünyada öz sinfinə bənzəri olmayan axtarış başlığı ilə Türkiyənin sursat müxtəlifliyində də zirvədə olmasını təmin edir. Yerli və milli imkanlarla istehal edilən PUA-ların türkiyəli mühəndislər tərəfindən inkişaf etdirilən sursatlarla kritik işlərə imza atmasına yad deyilik.

Ancaq Türkiyə bu sahədə nə qədər yaxşı olsa da, həm sahədən gələn rəylər, həm də döyüş meydanının dəyişən dinamikası daim yenilənməyi zəruri edir. Ötən günlərdə “Akıncı”dan atılan ROKETSAN imzalı sursatın sınaq görüntülərində arxa planda dəyərli detallar var.

Türkiyənin müdafiə sənayesi araşdırmaçısı Anıl Şahin bu təfərrüatların nədən ibarət olduğu və dünyada bu sinifdə bənzərini eşitmədiyimiz TV axtarış başlıqlı İHA-122 raketinin təmin edəcəyi imkanlar/qabiliyyətlər haqqında danışıb.

Əvvəlkilərdən fərqli raket atıldı

Mövzunun təfərrüatlarına keçməzdən əvvəl Şahin kritik məlumatları paylaşır və ötən gün baş verən İHA-230 havadan atılan supersəs ballistik raketinin sınağını gündəmə gətirir. İHA-122 məsələsindən əvvəl bu məsələ ilə bağlı mötərizələrin açılması vacibdir. Çünki Şahinin sözlərinə görə, son sınaq videosunda izlədiyimiz İHA-230 daha əvvəl atılanlardan fərqlidir.

Şahin qeyd edir: “Son atılan raketin daha çox arxa qanadcıqları var. Bundan əlavə, kanard olaraq adlandırılan ön hissələr də daha kəskin hala gətirildi. Beləliklə, raketin stabilləşdirilməsində əhəmiyyətli irəliləyiş oldu”. O hər bir məhsul üçün ayrı bir inkişaf prosesinin olduğunu vurğulayır.


İHA-122 raketinin sınaq görüntüləri nə deyir?

Şahin İHA-230 ilə bağlı bu vacib detalı paylaşdıqdan sonra mövzunu İHA-122 sınağına gətirir. Məlum olduğu kimi, həmin gün eyni raketin həm lazer axtarış başlıqlı, həm də TV axtarış başlıqlı versiyaları sınaqdan keçirilib.

Şahin mövzu ilə tanış olmayanlar üçün çox sadə məlumatlar ilə davam edir. O bildirir ki, dəqiq idarə olunan sursatların müxtəlif axtarış başlıqları var. Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan sursatlarda əsasən lazer döyüş başlıqlarından istifadə edilir. Bu başlığın ən mühüm üstünlüyü digər darama başlıqlarından xeyli ucuz olmasıdır. Sursatı atan platforma və ya xarici bir dost ünsür hədəfi lazerlə işarələyir. Sursatın baş hissəsində yerləşən yarımaktiv lazer qurğusu bu lazer şüasını izləyərək, hədəfə yönəlir. Ümumiyyətlə, hədəflər təxminən 3 metr sapma ilə vurulur.


TV axtarış başlıqlı İHA-122 nə deməkdir?

Şahin qeyd edir ki, TV axtarış başlıqlı sursatlarda operator sursatı atdıqdan sonra hədəfə çatana qədər ona nəzarət edə bilər. Beləliklə, xüsusilə yüksək sürətli dinamik hədəfləri vurmaq mümkündür. Bundan əlavə, sursat daim operator tərəfindən idarə olunduğundan, qəfil hədəf dəyişikliklərinə daha yaxşı cavab verə bilər.

Şahin bildirir: “İnsan dövriyyəsində olan bu sursat növündə partlamadan əvvəl döyüş sursatının hədəfə yaxınlaşdığı son anın təsviri də zərərin qiymətləndirilməsi üçün əməliyyat mərkəzinə ötürülür”.

Təbii ki, belə dəqiq təqibin nəticəsi də cərrah dəqiqliyində olur. Şahin bu məlumatı paylaşır: “Lazer axtarış başlıqlı sursat 3 metr dəqiqliyə malik olduğu halda, TV axtarış başlıqlı sursat santimetr dəqiqliyinə malikdir. Bu axtarış başlığı ilə təchiz edilmiş İHA-122, məlum olduğu kimi, dünyada öz sinfində ilk və təkdir”.

Şahin yüksək əhəmiyyətli hədəflərin çox daha dəqiqliklə vurula biləcəyinə diqqət çəkir.


Çox yüksək ixrac potensialına malik məhsullar

Türkiyə istehsalı zərbə PUA-ları dünyanın ən inkişaf etmiş ölkələrinin belə radarındadır. Artıq yeni ixrac xəbərləri eşidəndə təəccüblənmirik. Şahinə ən son sınaqların mümkün platforma satışlarına necə təsir edəcəyi sualı da verilir. Şahin bu məhsulların çox yüksək sürətinə görə düşmən hava hücumundan müdafiə sistemləri üçün “narahatlıq” olduğunu izah edir və belə davam edir:

“Digər diqqətəlayiq xüsusiyyətlərə gecə-gündüz əməliyyat icra edə bilmə qabiliyyəti, yüksək dəqiqlikli zərbə qabiliyyəti, mənzil və iqtisadi səmərəlilik daxildir. Bu səbəbdən də qısa müddətdə ilk ixrac uğurlarına nail oldular.

Türkiyənin havadan buraxılan supersəs raket ailəsi tədricən inkişaf edir və genişlənir. Təbii ki, Türkiyənin satdığı hər yeni zərbə PUA-sı bu raketlərin yeni ixrac xəbərlərinin mövzusuna çevrilməsinə yol açır. Məhsulların keyfiyyəti və istifadə konsepsiyası hər bir ordunu bu tip raketlərlə təchiz etməyə məcbur edir.

Bu nöqtədə müdafiə sənayesində sahib olduğumuz ekosistemə mötərizə açmaq lazımdır. Təşkilatlararası koordinasiya xeyli artıb. Sahədən əldə edilən təcrübə işığında yeni məhsullar hazırlanır və mövcud təhlükələrə qarşı yeni tədbirlər üçün kritik addımlar atılır. Təbii ki, Türkiyə Silahlı Qüvvələrinin çəkindirmə qabiliyyəti hədsiz dərəcədə artır. Bu, təbii ki, Ankaranın bir çox sahələrdə, xüsusilə də xarici siyasətdə əlini gücləndirir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin