MDB-nin bu ənənəvi, qeyri-rəsmi sammitinin əsas intriqası Ermənistan və Azərbaycan liderlərinin mümkün görüşü idi. Lakin bu baş tutmadı.
İlham Əliyev və Paşinyan 2021-ci ildə dörd dəfə əlaqə saxlayıblar. İlk görüş Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada baş tutub. İkincisi, yenə Putinin təşəbbüsü ilə, noyabrın 26-da Soçidə eyni üçtərəfli çərçivədə baş tutub. Noyabr görüşündən sonra Rusiya prezidenti bəyan edib ki, tərəflər bir sıra məsələlər, xüsusən də baş nazir müavinlərinin üçtərəfli işçi qrupunun Moskvada keçiriləcək görüşündən sonra elan ediləcək nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlı razılığa gəliblər.
Üçüncü iclas dekabrın 14-də Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişel, dördüncü isə ertəsi gün, dekabrın 15-də isə ATƏT-in Minsk qrupunun həmsədri Fransanın prezidenti Emanuel Makron tərəfindən təşkil olunub.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi intensivləşib, artıq hər iki tərəfdən nümayəndələr təyin olunub, onların ilk görüşünün Moskvada keçiriləcəyi məlumdur.
Paşinyan bir neçə gün öncə keçirdiyi mətbuat konfransında İlham Əliyev ilə görüşəcəkmi sualını cavablandırarkən bildirib ki, rəsmi ikitərəfli görüş təklifi olmayıb, lakin Azərbaycan prezidenti ilə təmaslar olacaq, çünki bütün MDB liderləri orada olacaq. Onun sözlərinə görə, danışıqlarla bağlı rəsmi təklif olmayıb.
Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitindən öncə Azərbaycan parlamentinin üzvü, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri getdikcə daha çox münaqişənin həllinə yönəlir: “Əgər bir il əvvəl biz müharibənin dayandırılmasından danışırdıqsa, indi görüş yeni problemin həllinə yaxınlaşır. İki ölkə liderləri, eləcə də digər rəsmi şəxslər arasında belə görüşlər nə qədər çox olarsa, iki qonşu ölkə arasında münasibətlər bir o qədər tez normallaşar. Biz əbədi düşmən deyilik. Müharibə artıq bitib. Azərbaycan tərəfi öz bütövlüyünü bərpa edib, münasibətlər yalnız qonşuluq münasibətlərinə yönəlməlidir”.
Bebəliklə, hər görüşdə bir addım atmaq olar. Üçüncü ölkənin və ya beynəlxalq təşkilatın vasitəçiliyi ilə yanaşı, iki ölkənin liderləri və rəsmiləri artıq ikitərəfli təmasda ola bilərlər.
Asif Cəfərov
Ordu.az