“Hərbiyyə - 2019” düşərgəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib - VİDEO+FOTOLAR

2019/09/ea8f6-1568219207.jpg
Oxunub: 992     19:50     11 Sentyabr 2019    
Cəbhə bölgəsində yerləşən hərbi birlikdə Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin başa çatması münasibətlə təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə gənc vətənpərvərlərdən ibarət “Qubadlı”, “Cəbrayıl”, “Xocalı”, “Xocavənd” və “Ağdərə” komandaları sıra meydanına dəvət ediliblər.

Düşərgənin fəaliyyətinə hərbi birlik tərəfindən məsul zabit, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov iştirakçıların təntənəli bağlanış mərasiminə hazır olduqları barədə hərbi birliyin komandirinə raport verib.

General-mayor Mayis Bərxudarov gənc vətənpərvərləri salamlayaraq, düşərgənin uğurla başa çatması münasibətilə onları təbrik edib. Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək layihənin aktuallığından, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində, orduya hazırlanmasında, hərbi biliklərə yiyələnməsində, eləcə də onlarda hərbi peşələrə maraq oyadılmasında müstəsna əhəmiyyətindən danışıb və bu istiqamətdə “ASAN xidmət”in Müdafiə Nazirliyi ilə birgə fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, hər iki qurumun tərəfindən bu işə xüsusi önəm verilir və bu istiqamətdə fəaliyyətin daha da genişlənməsinə səy göstərirlər.

Bu il Gədəbəy və Beyləqan rayonlarında təşkil olunan hərbi vətənpərvərlik düşərgələrində respublikamızın 20-dən çox bölgəsini təmsil edən 200 nəfərlik “ASAN” könüllüsü iştirak edib. Əvvəlki düşərgələrdən fərqli olaraq builki düşərgənin proqramı daha geniş, daha maraqlı və maksimum döyüş şəraitinə uyğunlaşdırılıb. İştirakçılar özlərini nəinki təlimlərdə, həm də döyüş meydanlarında olduğu kimi hiss edib, əsgər həyatının heç də hamar olmadığını görüb, ekstremal vəziyyətlərdən çıxmağın yollarını öyrənib, fiziki, hərbi hazırlıq keçib, yüksək əxlaqi, mənəvi-iradi keyfiyyətlərə malik olmaq üçün sınaqlardan müvəffəqiyyətlə çıxıblar.

“ASAN xidmət” rəhbərliyinin müraciətinə əsasən Müdafiə Nazirliyi bu təşəbbüsü yüksək qiymətləndirib və hər cür şərait yaradıb. Bunun məntiqi nəticəsidir ki, həm Gədəbəy rayonunda, həm də Beyləqanda qarşıya qoyulmuş missiya uğurla yerinə yetirilib.

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Ş.Həmidov “Hərbiyyə” düşərgəsinin bir həftəlik fəaliyyəti haqqında məruzə edərək gənclərə müraciətlə deyib: “Bir həftə davam edən düşərgə həyatı uzun müddət xatirələrdən silinməyəcək. Siz əsl əsgər həyatı yaşadınız. Təbiətin şıltaqlıqlarına baxmayaraq yağışda, yağmurda bütün çətinliklərə sinə gərdiniz, yarış və müsabiqələrdən müvəffəqiyyətlə çıxdınız, məşğələlərdə praktiki təlimlər aparan hərbi qulluqçularımızın ümidlərini doğrultdunuz. Hərbi birliyimizin komandanlığı bir daha əmin oldu ki, Azərbaycanın gözəl gələcəyi var. Həm mənəvi, əxlaqi, həm də fiziki cəhətdən vətənpərvər, mərd, mübariz gənclərimiz yetişir. Onlar Ali Baş Komandanın əmrlərini gözləyirlər, Vətən uğrunda, torpaq uğrunda canlarından belə keçməyə hazırdırlar”.

Milli Qəhrəman layihə barədə fikirlərini bildirərək deyib: “Bu, çox gözəl bir layihədir, böyük vətənpərvərlik təşəbbüsüdür. Müharibə şəraitində yaşayan bir ölkənin hər bir gəncindən bu gün barıt qoxusu gəlməlidir. Hər bir əli silah tutan vətəndaşımız döyüşə hazır olmalı, əmr gözləməlidir. Şəxsən mən inandım ki, gəncliyimiz doğrudan da döyüşlərə atılmaq, torpaqlarımızı azad etmək arzusu ilə yaşayır. Bu isə çox vacibdir”.

Düşərgənin fəaliyyətini istiqamətləndirən, yarış və müsabiqələrə rəhbərlik edən polkovnik Ş.Həmidov vurğulayıb: “Bütün komandalar mənim nəzərimdə qalibdirlər. Hansısa komanda birinci yeri, hansısa ikinci və üçüncü yeri bölüşəcək. Ancaq ən böyük qələbəmiz odur ki, gənclərimiz çətin və şərəfli əsgər həyatını yaşadılar. Hərbi texnika, silah-sursat və digər avadanlıqlarla tanış oldular. Güllə, mərmi səsləri eşitdilər. Mina partlayışının şahidi oldular. Silahlardan atəş açdılar. Hətta meşədə kəşfiyyatçıların pusqusuna da tuş gəldilər”.

Milli Qəhrəman gənc vətənpərvərlərin qorxmazlığından, cəsarətindən də danışıb. Onlara mürəciətlə deyib: “Heç nə sizi qorxutmadı. Geri çəkilmədiniz. Bataqlıqlardan, palçıqlı yollardan, keçilməz kolluqlardan keçərək qarşıya qoyulmuş tapşırıqları yerinə yetirdiniz. Komandanın bayrağını əldən vermədiniz. Hədəfləri düzgün nişan aldınız. Təlim mərkəzlərində sanki oda, atəşə dönmüşdünüz. Bu hər birimizi sevindirirdi. Hətta mühəndis-istehkamçılara qoşulub partlayışlar etdiniz, dağıntılar törətdiniz. Mühəndislərin qurduqları körpüdən keçərkən mən elə təsəvvür edirdim ki, artıq Şuşaya, Laçına, Kəlbəcərə, Qubadlıya, Xocavəndə və digər işğal altında olan doğma torpaqlarımıza böyük qayıdış başlanıb. Bu, məni son dərəcə sevindirdi. Biz arzularımıza çatacağıq. Ali Baş Komandanımızın rəhbərliyi altında Aprel döyüşlərində olduğu kimi xalqımıza, millətimizə böyük qələbənin sevincini yaşadacağıq”.

Birlik komandiri general-mayor Mayis Bərxudarov düşərgə iştirakçılarını, təşkilatçıları bir daha təbrik edib, onlara ən səmimi arzularını bildirib. Düşərgənin fəaliyyətində yardımçı olan hər kəsə təşəkkür edib. Kütləvi informasiya vasitələrinin, xüsusilə Azərbaycan Dövlət Televiziyasının, “ASAN” radionun nümayəndələrinə düşərgə həyatını operativ, dolğunluğu ilə işıqlandırdıqlarına görə minnətdarlığını bildirib. Məşğələ və təlimləri, yarış və müsabiqələri, asudə vaxt və mədəni-kütləvi tədbirləri yüksək səviyyədə təşkil edən hərbi qulluqçulara, kəşfiyyatçı, tankçı, artilleriyaçı, rabitəçilərə və iştirakçıları ləziz əsgər yeməkləri ilə təmin edənlərə “Sağ ol” deyib.

General-mayor M.Bərxudarov “Hərbiyyə”çilərlə Şuşada, Xankəndində, Qubadlıda və işğal altında olan digər torpaqlarımızda görüşmək, döyüşlər getmiş əraziləri birlikdə ziyarət etmək arzusunda olduğunu da bildirib. “Bir neçə gündən sonra yeni tədris ili başlanır. Sizin çoxunuz tələbəsiniz və ali məktəblər yolunuzu gözləyir. Siz düşərgədə olduğu kimi ali məktəblərdə də nümunəvi nizam-intizamınızla, dərsə davamiyyətinizlə, əla qiymətlərinizlə müəllimlərinizi və valideynlərinizi, eləcə də biz Vətən keşikçilərini sevindirəcəksiniz, ümidləri doğruldacaqsınız. Buna heç bir şübhəmiz yoxdur. Bir daha sizi təbrik edir və uğurlu yol arzulayıram”, - general çıxışının sonunda deyib.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinə xüsusi önəm verən dövlətimizin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirib. O, bu kimi möhtəşəm layihələrin təşkilində göstərdiyi dəstəyə görə Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edib.

Qarabağ müharibəsinin qazisi, igid kəşfiyyatçı Aqil Əhmədov gənc vətənpərvərlərlə bir yerdə yaşadığı düşərgə həyatını ömrünün ən xoş günləri olduğunu nəzərə çatdırıb.
“ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabarova çıxış edərək, düşərgədə göstərilən xidmətə, diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə bütün iştirakçılar adından təşəkkürünü bildirib.

Qalib komandalara təşkilatçı qurumların təsis etdiyi kuboklar təqdim edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin və hərbi birliyin komandirinin, Xocavənd və Beyləqan rayon İcra Hakimiyyətləri başçılarının hədiyyələri düşərgə iştirakçılarına təqdim olunub.

Düşərgədə keçirilən yarış və müsabiqələrdə birinci yeri tutan “Ağdərə” komandası “Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin bayrağını endirib.

Bütün iştirakçılar və qonaqlar birlikdə xatirə şəkli çəkdiriblər.

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim gənc vətənpərvərlərin tribuna önündən fəxri keçidi ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan   Ordu  

“Hərbiyyə - 2019” düşərgəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib - VİDEO+FOTOLAR

2019/09/ea8f6-1568219207.jpg
Oxunub: 993     19:50     11 Sentyabr 2019    