Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuna silah tətbiq edilib

2026/06/1780558369.jpg
Oxunub: 158     11:25     04 İyun 2026    
Ötən ay dövlət sərhədində 1 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucusuna qarşı "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.

Yaralıya ilkin tibbi yardım göstərilərək ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi təmin edilib, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Sərhəd  


Bizi "telegram"da izləyin