“Sərhədçi” İOM-in yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR

2019/09/photo-4702208607.jpg
Oxunub: 1252     09:47     02 Sentyabr 2019    
Avqust ayının 31-də Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib.

DSX-nin Mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, Dövlət Himni ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbrikini tədbir iştirakçılarına çatdırıb.

Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü ərəfəsinə təsadüf edən tədbirdə Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi idman sahəsində də böyük zirvələrin fəth efilməsi xüsusi qeyd edilib. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2009-cu ilin avqust ayının 31-də açıllşını etdiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin Respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan verməsini, sərhədçi idmançıların İdman Olimpiya Mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində beynəlxalq və yerli yarışlarda 1254 qızıl, 835 gümüş, 977 bürünc medal qazanmalarını xüsusi vurğulayıblar.

Tədbiridə xidmət zamanı yüksək nəticələr əldə etmiş sərhədçi idmançılar mükafatlandırılıblar. Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin Nümunəvi Hərbi Orkestrinin konsert proqramı və idmançıların nümunəvi çıxışları ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: DSX   Sərhədçi   100-il  

“Sərhədçi” İOM-in yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR

2019/09/photo-4702208607.jpg
Oxunub: 1253     09:47     02 Sentyabr 2019    