Ordu.az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, axtarışlar yüksək səviyyədə təşkil olunub: “Yeni vasitələr cəlb olunmaqla daha sürətli axtarışlar aparılır”.
Q.Hüseynli qeyd edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən pilotun ailəsi daim diqqətdə saxlanılır.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Ordu.az