Fransa və İsrail ortaq hərbi təlimlər keçirir

2018/07/Снимок_1531119699.png
Oxunub: 2777     15:07     09 İyul 2018    
Fransa və İsrail donanmaları Yaxın Şərqdəki əməliyyatlara hazırlıq məqsədilə geniş miqyaslı hərbi təlimlər həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər Fransanın Aralıq dənizi sahillərində baş tutur.

Təlimlərlə bağlı danışan Fransa ordusunun polkovniki Runen Hacayın bildirdiyi məlumatda qeyd olunub ki, təlimlərdə hər iki tərəf donanmanın artilleriya hücum bacarıqlarının sınaqdan keçirilməsinə üstünlük verir.

“Təlimlər zamanı Fransanın “Etzel” və “Eilat” gəmilərilə yanaşı, İsraildən bir neçə döyüş gəmisi ortaq raket hücumu əməliyyatları həyata keçirir. Donanmaların xidmətindəki helikopterlərdən artilleriya hücumu və xilasetmə əməliyyatlarında istifadə olunur. Təlimlər Yaxın Şərqdə planlaşdırdığımız əməliyyatlara hazırlıq məqsədi daşıyır”, -deyə o bildirib.

Qeyd edək ki, təlimlər zamanı İsrail Donanmasının başçısı general Eli Şarvit və Fransa Donanmasının başçısı admiral Kristof Praşzuk bir araya gəlib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İsrail   Donanma   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin