Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi baza Deranın mərkəzindən 10 kilometr məsafədə yerləşən Um Əl-Mayazen şəhərinin yaxınlığında qurulacaq.
Məsələ ilə bağlı Suriya Müdafiə Nazirliyindən yayımlanan bəyanatda bildirilib ki, mərkəz bölgənin nəzarətdə saxlanılması və istənilən terror hücumuna lazımı anda adekvat addımların atılması üçün nəzərdə tutulub.
Ərazi Suriyanın İordaniya ilə sərhəd bölgələrində təhlükəsizliyin təminatının başlıca qarantı olacaq. Ölkənin daxili bölgələrindən və Deranın mərkəzindən İordaniya ilə sərhəd keçid məntəqəsi olan “Nəssib”ə gedən bütün yollar bu bazanın yaxınlığından keçəcək.
Dəyanət Ağalarlı
Ordu.az