Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə ABŞ-ın “Arleigh Burke” sinifli idarəolunan raket esminesi “USS Porter DDG78” Qara dənizə daxil olub.
Ənənəvi olaraq baş tutan təlimlərin bu ilki versiyası Ukraynanın Odessa və Mikolayev bölgələrinin sahillərində, həmçinin Qara dənizin şimal-qərb hissəsində baş tutacaq.
ABŞ və Ukrayna ilə yanaşı, Rumıniya, Türkiyə, Moldova, Gürcüstan, Birləşmiş Krallıq və Kanadanın da iştirak edəcəyi təlimlər 9-21 iyul tarixlərində həyata keçiriləcək.
Təlimin keçirilməsində məqsədin regional sularda stabilliyi möhkəmləndirmək, NATO-nun üzv və partnyor dövlətləri arasında döyüş hazırlığını gücləndirmək olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az