Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran parlamentinin spikerinin müşaviri Hüseyn Əmir Abdullah bildirib.
“İsrail rejimi İŞİD-dən sonra Suriyada nəzarəti ələ almaq istəyir, lakin qeyd edim ki, müqavimət qüvvələri və İranın hərbi məsləhətçilər qrupu terrorizmə qarşı Suriyadakı mövcudluğunu davam etdirir”, - deyə müşavir bildirib.
Qeyd edək ki, son aylarda İsrail Suriya daxilindəki İran hədəflərinə qarşı bir neçə hava hücumu həyata keçirib. Bu hücumlar nəticəsində çox sayda İran hərbçisinin həlak olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az