Fransa raket modernizasiya proqramı başladacaq

2018/07/mica-0004-(1)-1_1530989174.jpg
Oxunub: 3948     02:44     08 İyul 2018    
Fransa bu ay yeni nəsil “Mica” hava raketlərinin yenilənməsi ilə bağlı proqram başlatmağı düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Florens Parli danışıb.

Onun sözlərinə görə, proqramın bu ayın sonuna qədər başladılması planlaşdırılır. Modernizasiyadan sonra bu raketlərin “Rafale” qırıcılarına əlavə ediləcəyi bildirilir.

Fransa Müdafiə Nazirliyi raketin modernizasiyası üçün MBDA, onun “Rafale” təyyarələrinə quraşdırılması üçün isə “Dassault” şirkəti ilə müqavilə imzalayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Muca   Raket   İstehsal  


Bizi "telegram"da izləyin