Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni uçuş aparatı tam olaraq Belarus şirkətləri tərəfindən istehsal olunub.
PUA ilə bağlı rəsmi açıqlamada bildirilib ki, “Burevestnik-MB”nin maksimum uçuş məsafəsi 290 kilometrdir.
400 kiloqram ağırlığındakı uçuş aparatı 10 saat batareya saxlama qabiliyyətinə sahibdir. Pistonlu mühərriklə işləyən PUA-nın standart sürəti saatda 120-150 kilometr, maksimum sürəti isə saatda 220 kilometrdir.
Qeyd edək ki, 5000 metr maksimum yüksəkliyə qalxa bilən “Burevestnik-MB” 60 kiloqram ağırlığında yük götürə bilir.
Dəyanət Ağalarlı
Ordu.az