Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın briqada generalı Məhəmməd əl-Şəmari bildirib.
Onun sözlərinə görə, hərbçilər Mosul yaxınlığında yerləşən əl-Baac yaşayış məntəqəsində kişi, qadın və uşaq bədənlərinin basdırıldığı kütləvi məzarlıqlar aşkarlayıblar.
Məzarlıqda təxminən 2014-cü ildə basdırıldığı güman edilən 340 yezidinin qalıqları aşkarlanıb.
Məzarlıq ərazinin İŞİD terror qruplaşmasının burada məğlub olaraq uzaqlaşmasından sonra aparılan təmizləmə işləri çərçivəsində tapılıb.
Ağalar Qəribov
Ordu.az