Pxenyan sanksiyaları dəstəklədiyinə görə Moskvadan inciyib

2017/12/KMO_088197_226716_1_t218_161602435345_1512116387.jpg
Oxunub: 440     16:16     01 Dekabr 2017    
“BMT-nin iclasında Rusiyanın KXDR-ə qarşı sanksiyaları dəstəklədiyinə görə, Pxenyan Moskvadan inciyib”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə KXDR-də Rusiya Dövlət Duması nümayəndə heyətinin tərkibinə daxil olan və Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitə rəhbərinin müavini Aleksey Çapa bəyan edib.

“Bütün görüşlər dostluq zəminində, tamamilə səmimi ortamda keçirilirdi. KXDR hökumətinin nümayəndələri növbəti incikliyin səbəblərini açıqlayırdılar. Onların narazılığının səbəbi Rusiyanın BMT-də Şimali Koreyaya qarşı sanksiyaları dəstəkləməsi ilə bağlıdır. KXDR nümayəndələri bizdən soruşdular: bu, nəyə lazım idi?”, - deyə Çapa bildirib.

Bununla belə, onun sözlərinə görə, KXDR mövcud vəziyyətin tənzimlənməsində Rusiyanın köməyinə etibar edir.

“KXDR rəhbərliyinin nümayəndələri Rusiyanın Suriya böhranının tənzimlənməsindəki rolundan bəhs edərək Moskvanın Pxenyana da kömək etmək iqtidarında olduğunu bildiriblər”, - deyə Çapa qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin