Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - YENİLƏNİB

2026/06/vbcvb-1782456274.jpg
Oxunub: 357     11:19     26 İyun 2026    
Naxçıvan şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş təşkil edilib

Ordu.az "Report"a istinadən xəbər verir ki, hərbi yürüş şəhərin Dilqəm Pişəvəri küçəsindən Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək davam edib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.

***

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərində hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən keçirilən yürüş şəhərin Dilqəm Pişəvəri küçəsindən Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək davam edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Yürüş  


Bizi "telegram"da izləyin