"Starlink" Venesuelanın zəlzələdən zərər çəkmiş ərazilərini pulsuz rabitə ilə təmin edəcək

2026/03/thumb-1773473845.jpg
Oxunub: 178     05:49     26 İyun 2026    
"Starlink" qlobal peyk rabitə sistemi bir ay ərzində Venesuelanın zəlzələdən zərər çəkmiş bölgələrinin sakinlərinə pulsuz rabitə xidmətləri göstərəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Starlink-in "X" sosial şəbəkə hesabında dərc olunmuş açıqlamada bildirilib.

"Starlink" Venesuelada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş yeni və mövcud müştərilər üçün 25 iyul tarixinə qədər pulsuz xidmətlər göstərir", - açıqlamada deyilir.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb. Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodrigesin sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starlink   Venesuela  


Bizi "telegram"da izləyin