Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Qeyd olunub ki, bəyanat "Ramştayn" formatında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 35-ci iclasında edilib.
"Mən Ukraynanın müdafiə naziri Mixaylo Fyodorovla Böyük Britaniyanın Ukrayna istehsalı olan 150 min dron, həmçinin 350-dən çox hava hücumundan müdafiə raketi və radar təqdim edəcəyi barədə razılığa gəldim. Onlar ERA mexanizmi vasitəsilə müsadirə edilmiş Rusiya aktivlərinin satışından maliyyələşdirilən 752 milyon funt-sterlinq məbləğində paket çərçivəsində ilin sonunadək tədarük ediləcək", - o, bu gün Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında bildirib.
Ordu.az