İsrail Ordusu HƏMAS-ın Qəzza zolağındakı obyektlərinə zərbə endirib

2025/02/1738903345.jpg
Oxunub: 242     03:19     13 İyun 2026    
İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsinə dəqiq zərbə endirib.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi HƏMAS-ın qruplaşmaları tərəfindən silah saxlamaq üçün istifadə edilən üç obyekt olub.

Ordudan anbarlarda minaatan mərmiləri, tank əleyhinə raket qurğuları, partlayıcı qurğular, odlu silahlar və digər silah növlərinin olduğu bildirilib.

İsrail tərəfi silahların Qəzza zolağında fəaliyyət göstərən hərbi qulluqçulara, eləcə də ölkənin mülki əhalisinə qarşı təhdidi aradan qaldırmaq üçün məhv edildiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin