Cənubi Koreyanın sabiq prezidentinə Pxenyana dron göndərdiyi üçün 30 il həbs cəzası verilib

2026/06/1781235369.jpg
Oxunub: 204     07:14     12 İyun 2026    
Cənubi Koreyanın paytaxt məhkəməsi sabiq prezident Yun Sok Yola hərbi pilotsuz uçuş aparatlarının Şimali Koreya sərhədlərinə göndərilməsi barədə əmr verdiyinə görə 30 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Ordu.az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir ki, sabiq dövlət başçısı 2024-cü ildə hərbi vəziyyətin tətbiqi üçün bəhanə yaratmaq məqsədilə döyüş dronlarının Şimali Koreya paytaxtının hava məkanına göndərilməsinə dair göstəriş verib.

Cari ilin fevralında Yun Sok Yol 2024-cü ildə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məhkəmə araşdırması çərçivəsində ömürlük həbs cəzasına məhkum edilmişdi. Məhkəmə onun hərəkətlərini milli parlamentin fəaliyyətini bloklamaq cəhdi kimi tövsif edib. Bu zaman ittiham tərəfi ölüm hökmünün çıxarılmasında israr edirdi.

Sabiq prezident 3 dekabr 2024-cü ildə ölkədə hərbi vəziyyət rejiminin tətbiq edilməsi barədə bəyanatla çıxış edərək bunu guya konstitusiya quruluşunu təhdid edən Şimali Koreyaya rəğbət bəsləyən müxalifətə qarşı mübarizə zərurəti ilə əsaslandırmışdı. Bununla o, Cənubi Koreya Demokratik Partiyasının onu vəzifədən kənarlaşdırma proseduruna başlamaq niyyətini nəzərdə tuturdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Yun-Sok-Yol  


Bizi "telegram"da izləyin