Ermənistanda səslərin yenidən hesablanması prosesi iyunun 12-si saat 14:00-da dayandırılmalıdır

2026/06/1781163765.jpg
Oxunub: 188     11:42     11 İyun 2026    
Ermənistanda bəzi seçki məntəqələri üzrə səslərin yenidən hesablanması prosesi davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Məlumata görə, iyunun 11-də dairə seçki komissiyalarında aparılan yenidən hesablama prosesi canlı yayımlanır.

Qeyd olunur ki, 17 dairə seçki komissiyasına “Çiçəklənən Ermənistan” Partiyasının, “Birliyin Qanadları” blokunun və “Hayastan” blokunun səlahiyyətli nümayəndələri və namizədləri tərəfindən ümumilikdə 30 müraciət daxil olub.

Bu müraciətlər çərçivəsində 555 məntəqə seçki komissiyasının səsvermə nəticələrinin yenidən hesablanması tələb edilib. Yenidən hesablama işləri dairə seçki komissiyalarının inzibati binalarında həyata keçirilir.

Qeyd edilir ki, Ermənistan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, yenidən hesablama prosesi 2026-cı il iyunun 12-si saat 14:00-da dayandırılmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin