Aİ-də Kallasın diplomatik xidmət rəhbəri səlahiyyətlərindən məhrum edilməsi müzakirə olunur

2026/05/1779768208.jpg
Oxunub: 197     11:39     11 İyun 2026    
Avropa İttifaqına üzv ölkələr Aİ-nin diplomatik xidmətində mümkün köklü islahat variantlarını müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu müzakirələr Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və onun rəhbəri Kaya Kallasın fəaliyyətində müşahidə olunan problemlər fonunda aparılır.

“EEAS-ın müasir dünyanın tələblərinə uyğun işləmədiyi aydındır. Qurum effektiv fəaliyyət göstərmir. Problem struktur xarakterlidir və buna görə də struktur yenidən nəzərdən keçirilməlidir”, - deyə qəzet anonim mənbədən sitat gətirib.

Bildirilir ki, Avropa ölkələri Kallasın və illik 1 milyard avro büdcəyə malik qurumun səlahiyyətlərinin azaldılması, bəzi funksiyalarının isə Aİ-yə üzv dövlətlərə verilməsi imkanlarını nəzərdən keçirirlər.

Mənbələrin sözlərinə görə, Parisin təklifi Avropa diplomatik xidmətinin rəhbərinin müstəqilliyinin məhdudlaşdırılmasını və onun dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nümayəndəliklər üzərində nəzarətinin zəiflədilməsini nəzərdə tutur.

Qeyd olunur ki, bu dəyişikliklər nəticəsində EEAS-ın mövcud formatda fəaliyyətini davam etdirməsinin risk altına düşə biləcəyi barədə narahatlıqlar mövcuddur.

Bununla yanaşı, üzv ölkələrin nümayəndələri hesab edirlər ki, islahatlar Brüsselin xərclərini azaltmağa və bürokratik aparatın əhəmiyyətli dərəcədə ixtisarına kömək edə bilər.

Bəzi Avropa paytaxtlarında EEAS, üzv dövlətlərin xarici işlər nazirlikləri, Avropa Komissiyası və Aİ Şurasının xarici əlaqələr bölmələri arasında funksiyaların təkrarlanmasından və koordinasiyanın zəifliyindən narazılıq ifadə olunur.

Son böhranların Avropa siyasətçilərini qurumun operativ qərar qəbul etmək imkanlarına dair şübhələrə saldığı qeyd edilir.

Mənbələr həmçinin bildirirlər ki, Kaya Kallas bir sıra hallarda üzv dövlətlərlə əvvəlcədən razılaşdırılmalı olan məsələlər barədə şəxsi mövqeyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas    


Bizi "telegram"da izləyin