22 ölkə İranı öz ərazilərində hücumlar təşkil etməkdə ittiham edib

2026/06/thumb-1781074660.jpg
Oxunub: 219     11:31     11 İyun 2026    
ABŞ və bir sıra Avropa ölkələri də daxil olmaqla 22 dövlət İranı öz ərazilərində hücumlar təşkil etməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə iyunun 11-də yayımlanan birgə bəyanatda bildirilib.

“Ərazilərimizdə insanları öldürmək, oğurlamaq, izləmək, qorxutmaq və ya başqa formada onlara hücum etmək cəhdləri milli suverenliyi və beynəlxalq normaları pozur. Bu fəaliyyətlər dərhal dayandırılmalıdır”, - deyə bəyanatda qeyd olunub.

İranı bu fəaliyyətləri dayandırmağa çağıran ölkələr arasında Almaniya, Albaniya, Avstraliya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Kanada, Çexiya, Danimarka, Estoniya, Fransa, Finlandiya, İrlandiya, Latviya, Litva, Niderland, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Portuqaliya, İsveç və ABŞ yer alıb.

Bəyanatda bildirilir ki, SEPAH-ın kəşfiyyat xidməti və onun xaricdə fəaliyyət göstərən “Əl-Qüds” bölməsi iranlı müxaliflərə, jurnalistlərə və yəhudi icmalarına qarşı “ölümcül sui-qəsdlər və zərərli fəaliyyətlər” həyata keçirir.

Ölkələr həmçinin Tehranı İranla əlaqəli olduğu bildirilən “Hərəkat Əshab əl-Yəmin əl-İslamiyyə” qruplaşması vasitəsilə Avropada hücumlar kampaniyası təşkil etməkdə ittiham ediblər.

Qeyd olunub ki, həmin qruplaşma daha əvvəl Böyük Britaniya, Belçika və Niderlandda yəhudi icmalarına hücumlar və sinaqoqların yandırılması hadisələrinə görə məsuliyyəti öz üzərinə götürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin